Bəxtiyar Hacıyevin anası: “Onu çətinliklə tanıdım”


İctimai fəal Bəxtiyar Hacıyev 23-cü gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq edir. Bu gün anası Solida Mövlayeva onunla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, S.Mövlayeva “Turan”a oğlunun vəziyyətinin getdikcə pisləşdiyini deyib.
“Gözləri çuxura düşüb, üzü çox solğundur. Onu çətinliklə tanıdım. Əlləri soyuqdur, nəbzi hiss olunmur”, - o bildirib.
Anası ictimai fəaldan aclığı dayandırmağı xahiş edib, ancaq o imtina edib.
“Bəxtiyar dedi ki, mənim heç bir günahım yoxdur, ona görə də azadlığa çıxana qədər aclığı davam etdirəcəyəm”, - Mövlayeva deyib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Qeyd edib ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top