Mingəçevirdə çəkilən alternativ su xəttinin növbəti mərhələsi başa çatdı


Mingəçevirdə reallaşan ən böyük layihələrdən biri də yaşıllıqların qorunması məqsədi ilə şəhərə çəkilən texniki su xətti ilə bağlı olub. Artıq şəhərdaxili yaşıllıq zolaqlarının qorunması məqsədilə mövcud su xətlərinə alternativ çəkilən su borusunun növbəti mərhələsi başa çatıb.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirovun Yeniavaz.com-a verdiyi məlumata əsasən, bu mərhələ mənbəyini Qarabağ kanalından götürməklə şəhərin sağ hissəsini əhatə edib:
“200 millimetrlik su daşıyıcı boruların Asan Xidmət Mərkəzi hissəsindən başlamaqla N.Vəzirov küçəsi və Ət kombinatı hissəsinədək olan ərazidə çəkilişləri yekunlaşdırılıb. Ən son başlanılan işlər şəhərin ən böyük qəbristanlıqlarından biri ilə üzbəüz ərazidə başa çatdırılıb”.
Qeyd edək ki, “Azərsu” ASC mövcud sayğac təminatlı su borularına alternativ olaraq çəkilən bu xətt yaşıllıqlar şəhəri kimi tanınan Mingəçevirin mövcud yaşıl potensialını qorumağa hesablanıb və son illərdə gerçəkləşdirilən ən uğurlu layihələrindən biri hesab olunur.

Esmira Hidayıtova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top