
Qardaş ölkə Pakistanın Peşəvər şəhərində məscidə edilən bombalı hücumda ölənlərin sayı 83-ə çatıb.
Yeniavaz.com Pakistan Dövlət Televiziya Korporasiyasına (PTV) istinadla xəbər verir ki, yaralıların sayının 150 olduğu açıqlanıb.
Can itkisinin artması ilə bağlı narahatlıqların olduğu ifadə edilib.
Qeyd edək ki, ötən gün Peşəvər şəhərində məsciddə namaz vaxtı partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, məsciddə təxminən 120 nəfər olub, toplaşanların əksəriyyəti polis, ordu və istehkamçıların nümayəndələridir. Partlayışı kamikadze törədib. Partlayış nəticəsində məscidin bir hissəsi uçub.