İsrail və ABŞ İrana qarşı mübarizəni artıracaq - Netanyahu


“İsrail və ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün Tehrana qarşı birgə mübarizəni artıracaq”.
Yeniavaz.com
 xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Hesab edirəm ki, İran rejiminin nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə Blinkenlə söhbətimiz oldu. İsrail əlindən gələni edəcək ki, İranın nüvə silahı hazırlaya bilməsin. Bu rejimin öz xalqına qarşı vəhşiliyini insanlar gördülər”, - deyə, o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top