
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri üçün kampaniya başladıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, o, bu kampaniyanın həmişəkidən fərqli olacağını bildirib.
“2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır”, - deyə sabiq Prezident vurğulayıb.