Çevik Polis Alayının komandiri vəzifəsindən azad edildi - Yenilənib


Polis general-mayoru Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.


***18:01
Çevik Polis Alayının rəisi işdən çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb. Bildirilib ki, daxili işlər naziri Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, DİN-in Əlahiddə Çevik Polis Alayının rəisi Səhlab Bağırov sərəncama götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top