Kreml Consonun Putinlə bağlı dediklərini təkzib etdi


“Böyük Britaniyanın keçmiş baş naziri cənab Boris Consonun Vladimir Putinlə bağlı dedikləri doğru deyil.
Yeniavaz.com
xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Boris Conson Putinin onunla nə haqqında danışdığını başa düşməyib:
"Mən bu söhbət zamanı nələrin müzakirə olunduğunu bilirəm və bir daha təkrar edirəm: bu yalandır. Heç bir raket təhdidləri olmayıb. Rusiya Federasiyasının çağırışlarından danışan prezident Putin qeyd edib ki, Ukrayna NATO-ya daxil olarsa, bu, NATO raketlərinin sərhədlərimizdə potensial yerləşdirilməsi deməkdir. Sərhədlərimizdəki raketlər isə bir neçə dəqiqə ərzində Moskvaya çatmaq imkanına malikdir”.
Peskov deyib ki, BBC-də filmlərin yayımlanmasına reaksiya verə bilmərik:
“Filmin qalan hissəsi bu məcradadırsa, vaxt itirməyi məsləhət görmürük”.
Xatırladaq ki, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson BBC-yə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilədən əvvəl telefon danışığı zamanı onu raket hücumu ilə hədələyib.

DİGƏR XƏBƏRLƏR

Top