Pakistanda məsciddəki partlayışda ölənlərin sayı artdı - Yenilənib


Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Bildirilib ki, hadisədə 157 nəfər yaralanıb, Şəhər xəstəxanalarında fövqəladə vəziyyət elan edilib.

***16:42
Pakistanın Pişəvər şəhərində məsciddə partlayış nəticəsində ölənlərin sayı 32-yə çatıb, 147 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Daha əvvəl 28 nəfərin öldüyü, 150 nəfərin yaralandığı bildirilirdi.
Qeyd edək ki, Məsciddə partlayış bu gün saat 13:40 radələrində (Bakı vaxtı ilə 12:40) namaz vaxtı baş verib. Hadisə şahidlərinin sözlərinə görə, məsciddə təxminən 120 nəfər olub, toplaşanların əksəriyyəti polis, ordu və istehkamçıların nümayəndələridir. Partlayışı kamikadze törədib. Partlayış nəticəsində məscidin bir hissəsi uçub, bir sıra şahidlər binanın damının uçduğunu bildirir.


***13:56
Pakistanın Peşəvər şəhərində məsciddə törədilən terror aktı nəticəsində azı 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
“Xəstəxana sözçüsü partlayış nəticəsində 17 nəfərin öldüyünü, 90-dan çox yaralının isə xəstəxanaya aparıldığını bildirib. Rəsmilər 10-dan çox yaralının vəziyyətinin ağır olduğunu bildirir”, - məlumatda deyilib.
Həmçinin bildirilir ki, partlayış zamanı məsciddə azı 120 nəfər olub.
Şahidlərin sözlərinə görə, zərərgörən şəxslər əsasən polislərdir.
“Dawn” nəşrinin məlumatına görə, partlayış baş verən zaman məsciddə polis və ordunun nümayəndələri olub.

DİGƏR XƏBƏRLƏR

Top