Hindistanda polis səhiyyə nazirini öldürdü - Foto


Hindistanın Odişa ştatının səhiyyə naziri Naba Kişore Das sui-qəsd nəticəsində öldürülüb.
Yeniavaz.com xarici KİV-ə istinadən bildirir ki, nazir yanvarın 29-u günorta saatlarında Brajarajnaqar şəhəri yaxınlığında keçirilən kütləvi tədbirə gələrkən polis tərəfindən güllələnib.
Naziri güllələyən şəxs kiçik polis müfəttişinin köməkçisi Qopal Das olub. Onun hadisəni hansı səbəbdən törətdiyi hələ ki, məlum deyil.
Yaralı nazirin xəstəxanaya çatdırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top