Hansı ölkələrdə kişilər və qadınlar özünü daha çox "zəhərləyir"? - Siyahı


Tütün həm siqaret çəkənlər, həm də siqaret çəkməyənlər də daxil olmaqla hər il 8 milyondan çox insanın ölümünə səbəb olur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.
Yayılan məlumatda qeyd olunur ki, tütün istifadəsi ağciyər xərçəngi, ağız boşluğu xərçəngi, ürək xəstəliyi və qan laxtalanmasının inkişaf ehtimalını artırır.
Tütün istifadəsi infarkt və insult riskini də artırır və diş və diş ətinin çürüməsinə və dərinin qırışmasına səbəb olur.
Dünyada siqaret çəkənlərin sayı Cənub-Şərqi Asiya və Avropanın Balkan regionunda daha çoxdur. Qərbi Avropa ölkələri və Amerikada siqaret çəkmə nisbəti daha aşağıdır.
Lakin, Amerika qitəsindəki bəzi ölkələrdə bu nisbət yüksəkdir.
Bəzi ölkələrdə siqaretdən istifadə kişilər arasında daha geniş yayıldığı halda, qadınlar arasında aşağı səviyyədə olub.
Məsələn, İndoneziyada kişilərin 70,5%-i siqaret çəkdiyi halda qadınların cəmi 3,6%-i siqaret çəkir.
Məlumatda qeyd olunur ki, siqaret əleyhinə aparılan maarifləndirmə işinin artması səbəbindən dünyada siqaret çəkənlərin sayında azalma müşahidə olunur. 2000-ci ildə Böyük Britaniyada əhalinin 38%-i siqaret çəkdiyi halda, hazırda bu göstərici  19,2%-ə düşüb.
Məlumat üçün bildirək ki, Nauru siqaret çəkənlərin sayına görə dünyada 1-ci sırada qərarlaşıb. Bu ölkədə əhalinin 52,1%-i siqaret çəkir. Nauruda qadınlar kişilərdən bir qədər çox siqaret çəkirlər. Kişilər arasında bu göstərici 51,7% olduğu halda, qadınlar arasında 52,6% olub.  
Qeyd edək ki, Azərbaycanda siqaretdən istifadə əsasən kişilər arasında yayılıb. Verilən məlumatlara görə, Azərbaycanda kişilərin 39%-i siqaret çəkir. Bu göstəriciyə görə Azərbaycan dünyada 49-cu sırada yer alıb.

Dünyada ən çox siqaret çəkən ölkələrin ilk 5-liyi belə olub:
Nauru – 52,1 %
Kiribati – 52 %
Tuvalu – 48,7 %
Myanmar – 45,5 %
Çili – 44,7 %

Dünyada kişilər arasında ən çox siqaret çəkən ölkələrin ilk 5-liyi belə olub:
İndoneziya – 70,5 %
Myanmar – 70,2 %
Kiribati – 68,6 %
Tuvalu – 66 %
Banqladeş – 60,6 %

Dünyada qadınlar arasında ən çox siqaret çəkən ölkələrin ilk 5-liyi belə olub:
Nauru – 52,6 %
Serbiya -41,2 %
Çili – 40,3 %
Livan – 35,9 %
Kiribati – 35,5 %

Region ölkələrində kişilər arasında siqaret çəkənlərin nisbəti aşağıdakı kimi olub:
Gürcüstan - 54,2 %
Qırğızıstan - 52,5 %
Ermənistan - 51,8 %
Latviya - 49,5 %
Moldova - 44,6 %
Belarus - 42,8 %
Qazaxıstan - 42,2 %
Türkiyə - 41,5 %
Ukrayna - 41 %
Rusiya - 40,9 %
Azərbaycan - 39 %
İran – 24,6 %
Özbəkistan – 23,3 %

Region ölkələrində qadınlar arasında siqaret çəkənlərin nisbəti aşağıdakı kimi olub:
Estoniya - 24,1 %
Latviya - 24 %
Türkiyə - 17 %
Rusiya - 15,7 %
Belarus – 10,4 %
Ukrayna – 9,9 %
Qazaxıstan – 6,6 %
Moldova – 6 %
Gürcüstan – 5,2 %
İran – 3,5 %
Ermənistan – 1,6 %
Özbəkistan – 1,3 %
Azərbaycan – 0,2 %

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top