Conson: “Putin dedi ki, raketlə cəmi bir dəqiqəlik işdir...” - Video


Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilədən əvvəl telefon danışığı zamanı onu raket hücumu ilə hədələyib.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, Conson Putinə, müharibənin Qərbin sanksiyalarına və Rusiyanın sərhədlərində NATO qoşunlarının mövcudluğunun artmasına gətirib çıxaracaq fəlakət olacağı barədə xəbərdarlıq edib.
O, həmçinin Putinə Ukraynanın yaxın gələcəkdə Alyansa qoşulmayacağını bildirib:
“Bir anda o, məni hədələdi və dedi: “Boris, səni incitmək istəmirəm, amma bir raketlə cəmi bir dəqiqəlik işdir” və ya buna bənzər bir şey. Əyləncəli idi. Ancaq düşünürəm ki, o, sadəcə olaraq onu danışıqlara cəlb etmək cəhdlərimi ciddi qəbul etmirdi”, - Conson deyib.
O, həmçinin Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təhlükəsiz yerə köçmək üçün necə kömək təklif etdiyini xatırladıb.
“O, mənim təklifimi qəbul etmədi. O, qəhrəmancasına olduğu yerdə qaldı”, - deyə keşmiş baş nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top