Şəhid Orxan Əsgərovun cənazəsi evinə gətirilib – Yenilənib


Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.
Orxan Əsgərovun evinin qarşısında fəxri qarovul düzülüb.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılacaq.
Dəfn mərasimi saat 12:00-da baş tutacaq.
Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

***09:40
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov II Şəhidlər xiyabanında dəfn olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top