![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/1/30/1/7c49b6ab-fb3d-4d43-ad24-59d0506c3d75/xarkov-hucum-29-yanvar.jpg)
Yanvarın 29-da axşam saatlarında Rusiya ordusu Ukraynanın Xarkov vilayətini atəşə tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov öz Teleqram kanalında məlumat verib.
"Düşmən tərəfindən əvvəllər S-300 raketi ilə Xarkov şəhərinin Kiyevski rayonunda 4 mərtəbəli yaşayış binasına zərbə endirilib. Üç nəfər yüngül xəsarətlər alıb. Təəssüf ki, yaşlı qadın dünyasını dəyişib. Onun əri həmin vaxt yaxınlıqda olub. O, zərbədən möcüzəvi şəkildə ciddi xəsarət almayıb”, - Sinequbov bildirib.