Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb


“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:
“Amma tam dayanıb. Orada biz 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top