
"O diplomatiya deyilən şey nəyə lazımdır əgər hər kəs məsələləri müharibə ilə həll edəcəkdisə?"
Yeniavaz.com xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşıb.
Partiya sədri qeyd edib ki, Tramp düz deyir ki, Bayden dünyanı Üçüncü Dünya müharibəsi astanasına gətirib: "Ciddi bir adam lazımdır bütün bu hoppanıb-düşən dövlətlərin üstünə bərkdən bağırıb hamısını yerində dinc oturtsun. Hərəsi özünə bir dənə tarix və pərəstişin həftəbecər qarışığı olan dövlətçilik ideologiyası qoşub xəyalən öz suveren kainatında yaşayır. Sonra da insanları "müqəddəs" müharibələrdə qırdırır. Orası da var ki, bunların hamısını yerində oturda biləcək ABŞ yaxın keçmişdə etdiyi işlərlə (Kosovo, İraq) ona aid idealları sarsıtdı. Amma indi Amerikada da, dünyada da müharibələrə nifrət edənlərin ayılması vacibdir. Teokratiyalar, diktaturalar, kiçik bir beynəlxalq dəstənin nəzarətinə keçmiş demokratiyalar - hamısı dünyanın ən böyük həqiqi Respublikasından ya ciddi şəkildə sülh və diplomatiya xəbərdarlığı almalı, ya da hamının hamıya qarşı vuruşduğu xaos genişlənəcək. Bu xaosun qalibi olmaya da bilər".
Tətbiqimizi yükləyə bilərsiniz