Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb


Qubada iki nəfər sürücü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıblar.

Yeniavaz.com DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı VAZ-2107 markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və “NİVA” markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr olduğundan hər iki şəxs tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları sübuta yetirilib. Hər ikisinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.
 

DİGƏR XƏBƏRLƏR

Top