İrandakı zəlzələdə xəsarət alanların sayı 1000-ə çatır - Yenilənib


İranın şimal-qərbində ötən gün baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 973-ə çatıb.
Yeniavaz.com
“Tasnim”ə istinadla xəbər verir ki, bu barədə bazar günü Qərbi Azərbaycan Əyalətinin Fövqəladə Hallar Xidmətinin sözçüsü Müctəba Xalidi məlumat verib.
“Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində 973 nəfər Qərbi Azərbaycan vilayətinin xəstəxana və tibb məntəqələrinə çatdırılıb, onlardan 858 nəfəri Xoy şəhər xəstəxanasına, qalanları isə Səlmas və Çaypare şəhərlərindəki səhiyyə ocaqlarına aparılıb”, - deyə Xalidi bildirin.
Daha əvvəl Qərbi Azərbaycan əyalətinin qubernatoru Məhəmməd Sadiq Mütəmədyan üç nəfərin öldüyünü bildirmişdi.

***10:06
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində dünən axşam 5,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, əyalət rəhbəri Məhəmməd Sadiq Mütəmədyan zəlzələdə 2 nəfərin həyatını itirdiyini, 664 nəfərin isə yaralandığını açıqlayıb.
Yaralılardan 16-nın Salmas şəhərindəki xəstəxanaya yerləşdirildiyini qeyd edən Mütəmədyan, 20 nəfərin xəsarətlərinin ağır olması səbəbindən Xoydakı xəstəxanalara aparıldığını, 6 nəfərin isə əməliyyat olunduğunu bildirib.
Təxminən 70 kənddə dağıntıların olduğunu bildirən əyalət rəhbəri, mümkün dağıntıları müəyyən etmək üçün zəlzələnin episentrindən 30 kilometr radiusa mütəxəssislər göndərildiyini deyib.
Fövqəladə Hallar Xidmətinin rəsmi saytında yer alan məlumata görə, Xoyda baş verən 5,8 bal gücündəki zəlzələ 6,49 kilometr dərinlikdə baş verib.
İran Seysmoloji Mərkəzinin məlumatına görə isə, dünən yerli vaxtla saat 21:44-də baş verən zəlzələnin gücü 5,9 bal olub.

DİGƏR XƏBƏRLƏR

Top