
Xəzər dənizinin Dağıstan sahillərində Qırmızı Kitaba düşən ölü suitilər tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “iz.ru” məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə gedən mütəxəssislər 8 suiti cəsədi sayıblar.
Xatırladaq ki, 2022-ci ildə 2022-ci ildə bu məməlilərin kütləvi ölümü Dağıstanda Xəzər sahillərində qeydə alınıb.
O cümlədən Xəzərin Azərbaycan sahillərində də suiti cəsdləri tapılmışdı.
Səbəb barədə isə hələlik heç bir dəqiq açıqlama yoxdur.