Dünya çempionu Naxçıvanda polis rəisi təyin olundu - Foto


Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

O, bundan qabaq Nəsimi rayon Polis İdarəsinin rəis müavini olub.

Qeyd edək ki, Eldar Qazıbəyov vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.
 

DİGƏR XƏBƏRLƏR

Top