Orxan Əsgərovun yas mərasimi keçirilir – Fotolar


Ötən gün İranın paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində mərhumun evində təşkil olunub.
Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətirilməsi gözlənilir.
O qeyd edib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhum Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, terror aktı nəticəsində iki nəfər yaralanıb. Yaralılar əməliyyat olunub, vəziyyətləri yaxşıdır.



DİGƏR XƏBƏRLƏR

Top