Zibillik içində batan Boluslu kəndi... - Fotolar


Goranboy rayonunun Boluslu kənd sakinləri məişət tullantılarını atmağa müəyyən yerlər olmadığı üçün tullantıları kəndin ərazisinə atmalı olurlar.
Sakinlər Yeniavaz.com-a bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara bununla bağlı məlumat veriblər.
Sakinlərin sözlərinə görə, bu tullantılar yay aylarında daha betər olur. Hətta küçə itlərinin yığıldığı bu ərazidən keçmək mümkün olmur. İfunət ətrafa yayıldığından ərazi hər cür xəstəliyin mənbəyidir.




Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top