Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 541 nəfər müalicə olunaraq sağalıb, 10 080 nəfər vəfat edib, aktiv xəstə sayı 226 nəfərdir.
Ölkədə son sutka ərzində 1 413, hazırkı dövrədək isə 7 481 325 test aparılıb.

Son sutkada, həmçinin koronavirus (COVID-19) əleyhinə 328 vaksin vurulub.
Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 153, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 120, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 941 530, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 839, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 560, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 180 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top