Şəhid Orxan Əsgərov tanınmış həkimin oğlu imiş...


Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, onun atası Rizvan Əsgərov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı Z.Məmmədov adına xəstəxananın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

O.Əsgərov evli olub, 2 övladı var.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

DİGƏR XƏBƏRLƏR

Top