Səfirliyimizə hücum edən danışdı: “Həyat yoldaşım buraya gəlib və qayıtmayıb...”


Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra Tehran Cinayət İşləri Prokurorluğunun rəis vəzifəsini icra edən hakim Məhəmməd Şəhriyari dərhal hadisə yerinə gəlib.
Yeniavaz.com
İRNA Agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Şəhriyari baş verən hadisə ilə bağlı təfərrüatları açıqlayıb:
“Saxlanılan şəxs bu gün səhər saat səkkizdə “Pride” markalı avtomobillə Azərbaycan səfirliyinin qarşısında dayanıb. Bu şəxsin səfirliyə hücumundan sonra Azərbaycan vətəndaşı olan bir nəfər həlak olub, 2 nəfər yaralanıb. İlkin araşdırmalar göstərir ki, bu şəxs Azərbaycanın Tehrandakı səfirliyinə şəxsi motivlərə görə hücum edib.
İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, bu ilin aprel ayında həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.
O ifadəsində deyib ki, dəfələrlə səfirliyə müraciət etsə də, cavab almayıb və həyat yoldaşının səfirlikdə olduğunu düşünüb. Bu səbəbdən də “Kalaşnikov” silahı ilə səfirliyə getməyə qərar verib”.
Xatırladaq ki, bu gün Tehranda Azərbaycan səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində mühafizə rəisi şəhid olub, onun iki həmkarı yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top