![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/10/11/1/1f8ccd63-53f2-4086-916d-bda155946808/zaparojye-11-oktyabr-3.jpg)
Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri Zaporojye atom elektrik stansiyasının bilavasitə yaxınlığında partlayışlar qeydə alıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın saytında dərc olunmuş məlumatda deyilir.
“Ukraynada Zaporojye Atom Elektrik Stansiyasında iştirak edən Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri bildirirlər ki, obyektdən kənarda güclü partlayışlar baş verib. Bu da münaqişənin cəbhə xəttində yerləşən obyektin yaxınlığında hərbi əməliyyatların davam etdiyini göstərir.