
Misirdə kral məzarlarının yerləşdiyi tarixi Sakkara bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 5-ci və 6-cı fironlar sülaləsinə aid mumiya, 9 heykəl və bəzi qiymətli əşyalar tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Misir arxeoloqu, Qədim Əsərlər Naziri Zahi Havas mətbuat konfransında Saqqara bölgəsində aparılan arxeoloji qazıntılar və tapılan yeni əsərlərlə bağlı açıqlamalar verib.
Havas, tapılan əsərlərin 5-ci fironlar sülaləsi (e.ə. 2487-2449) və 6-cı fironlar sülaləsinə (e.ə. 2345-1821-ci illər arasında) aid olduğunu bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz