Röya və Seymur Talıbovla bağlı iddialara - DİM və BDU-dan reaksiya


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun və müğənni Röya Ayxanın qeyri-qanuni universitetə qəbul olunmaları ilə bağlı iddialar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Dövlət İmtahan Mərkəzi iddialara münasibət bildirib.
Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.az-a açıqlamasında bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd (attestat) almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər:
“Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edib, ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Qeyd edim ki, həmin il keçid balı 419 bal olub”.
Qurumdan Röya Ayxan ilə bağlı məsələ cavablandırılmayıb.
Bakı Dövlət Universiteti də Röya Ayxanın qeyri-qanuni şəkildə ali təhsil ocağına qəbul olunması ilə bağlı yayılan məsələyə reaksiya verib.
Universitetdən bildirilib ki, ali təhsil ocağının məzunları arasında Röyalə Nəcəfova adlı məzun yoxdur.
​​​​​​​Universitetdən qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.
Xatırladaq ki, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra S.Talıbov da prorektor vəzifəsini itirib.

DİGƏR XƏBƏRLƏR

Top