Özəl bankların ümumi mənfəətinin 70%-ni “Paşa Holdinq”ə məxsus banklar əldə edib


Xəbər verdiyimiz kimi, maliyyə hesabatı açıqlayan 25 bankdan 24-ü ötən ili mənfəət, 1-i isə zərərlə başa vurub.
Yeniavaz.com
 xəbər verir ki, zərər edən bank Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus olduğu bildirilən “BTB Bank” olub.
Mənfəət əldə edən banklardan 2-si - “Beynəlxalq Bank” və “Azər Türk Bank” dövlət bankıdır. Onların mənfəəti 265 milyon 399 min manat olub.
Gəlirlə işləyən 22 özəl bankın xalis mənfəəti isə 653 milyon 505 min manat olub.
Əldə olunan mənfəətin 457 milyon 441 min manatı və ya 70%-i “Paşa Holdinq”ə məxsus olan 2 bankın – “Kapital Bank” (308 milyon manat) və “Paşa Bank”ın (149,4 milyon manat) payına düşüb. 
Qeyd edək ki, “Kapital bank” ASC-nin səhmlərinin 99,87%-i ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir.
“Paşa Bank”ın səhmlərinin 57%-i “PaşaHoldinq”ə, 28%-i “Bless” MMC-yə, 10%-i Arif Paşayevə, 5%-i Camal Paşayevə məxsusdur.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top