İsrail HHM sistemlərini Ukraynaya verməkdən imtina etdi


Amerika Birləşmiş Ştatları İsraildən Ukraynaya “MIM-23 Hauk” hava hücumundan müdafiə sistemlərini göndərməyi xahiş edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İsrail Müdafiə Nazirliyi ABŞ-ın tələbini rədd edərək, İsrailin Ukraynaya silah tədarük etmədiyini, “MIM-23 Hauk” sistemlərinin lazımi baxım olmadan uzun müddət saxlanması səbəbindən işlək vəziyyətdə olmadığını xatırladıb.
ABŞ administrasiyasındakı mənbə qeyd edib ki, Birləşmiş Ştatlar bu sistemləri bir neçə başqa ölkədən tələb edib.
Qeyd edək ki, İsrail 1960-cı illərdə Misir və Suriya hava qüvvələrinə qarşı müdafiə məqsədilə ABŞ-dan “MIM-23 Hauk” alıb. Təxminən on il əvvəl İsrail “MIM-23 Hauk”ları döyüş arsenalından çıxarıb.
 

DİGƏR XƏBƏRLƏR

Top