Berlində etirazlar səbəbilə bütün uçuşlar təxirə salındı


Almaniyanın Berlin-Brandenburq hava limanında yerüstü və təhlükəsizlik xidmətləri işçilərinin xəbərdarlıq tətili səbəbilə aviaşirkətlər yüzlərlə reysi təxirə salmalı olub.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hava limanının qarşısındakı Villi-Brandt meydanına toplaşan əməkdaşlar nümayiş keçiriblər. Yüzlərlə insanın qatıldığı nümayişdən sonra işçilər etirazlarını hava limanında davam etdiriblər. 
Berlin-Brandenburq Hava Limanı şirkətinin mətbuat xidməti verdiyi açıqlamada 35 min sərnişinlə təxminən 300 uçuşun ləğv olunduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top