Zəngilan aeroportunda buraxılış məntəqəsi qurulacaq


Nazirlər Kabineti 10 sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.

DİGƏR XƏBƏRLƏR

Top