Ukrayna qoşunlarının Soledardan çıxması təsdiqləndi


“Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Soledar şəhərini tərk edərək, əvvəlcədən hazırlanmış xətlərdə möhkəmləniblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Suspilne”yə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı bildirib.
O, belə bir qərarın Ukrayna hərbçilərinin həyatını xilas etmək üçün verildiyini izah edib:
“Şəxsi heyətin həyatını xilas etmək üçün Müdafiə Qüvvələri Soledardan geri çəkilərək hazırlanmış müdafiə xəttində möhkəmləndilər. Soledarın müdafiəçiləri düşmənin 3-5 qat üstünlüyünə baxmayaraq, öz mövqelərini möhkəm saxladılar”.
Çerevatinin sözlərinə görə, Ukrayna hərbçiləri düşmənə böyük itkilər verib ki, bu, iki çeçen müharibəsində Rusiyanın itkiləri ilə müqayisə oluna bilər.

DİGƏR XƏBƏRLƏR

Top