Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı


Azərbaycanda fəaliyyət göstərən 25 bankın filiallarının sayı 487, şöbələrinin sayı 91, ATM-lərin sayı 2 997 olub.
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 1% və ya 226 nəfər artaraq 22 min 777 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 47 milyard 54,9 milyon manat, cəmi öhdəlikləri 41 milyard 432,8 milyon manat olub.
Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55,4% və ya 10 milyard 855,1 milyon manat təşkil edib. Ümumilikdə, 2022-ci ildə bankların kredit portfeli 17,6% və ya 2 milyard 935,2 milyon manat artıb.
Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin (problemli kredit) payı ilin əvvəlinə nəzərən 1,3 faiz bəndi azalaraq 2,9% təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,5%-i və ya 33 milyard 762,6 milyon manat). Depozit portfeli dekabr ayında 2,7% (901,7 milyon manat) artıb.
Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı dekabr ayının sonunda ötən aya nəzərən 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.
2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2 milyard 967 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 313 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 650 milyon manatı POS-terminallar, 2,7 milyon manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top