Azərbaycan XİN ABŞ Dövlət Departamentinə cavab verdi


Azərbaycanın Qarabağ bölgəsinə təchizat gətirən 1000-dən çox avtomobilin Laçın yolundan keçməsi ABŞ Dövlət Departamenti sözçüsünün yanvarın 24-də dediklərinin əksini sübut edir.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tvitterdə yazıb.
“Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi!”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də keçirdiyi brifinqdə Laçın dəhlizindəki vəziyyətdən narahatlığını dilə gətirib və Azərbaycanı “blokada”nı açmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top