“Kosmos yeni döyüş meydanına çevriləcək”


Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borell kosmosa gələcək rəqabət meydanı və bir növ döyüş meydanı kimi baxdıqlarını və buna uyğun hazırlanmalı olduqlarını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Borell çıxışı zamanı kosmosun trateji təsir sahəsinə çevrildiyini deyib:
“Kosmos indi ən azı rəqabət və qarşıdurmanın baş verəcəyi bir növ döyüş meydanına çevrilib. Biz getdikcə daha rəqabətli kosmik mühitə hazırlaşmalıyıq. Kosmosdakı 5500 peykin təxminən 10 faizi orduya məxsusdur və ya hərbçilər tərəfindən istifadə olunur. Digərlərinin əksəriyyəti ikili məqsədlidir, yəni həm mülki şəxslər, həm də hərbçilər tərəfindən istifadə olunur. Bu peyklər təhlükəsizliyimizi və müdafiəmizi dəstəkləmək üçün kritik məlumatlar verir”.

DİGƏR XƏBƏRLƏR

Top