Filippində sərnişin təyyarəsi radarlardan itdi


Filippinin Kauayan şəhərindən havaya qalxan sərnişin təyyarəsi radarlardan itib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Filippinin İzabela əyalətinin Kauayan şəhərindən havaya qalxan 6 nəfərlik Cessna 206 sərnişin təyyarəsi havaya qalxdıqdan 1 saat sonra radarlardan itib.
Hava limanı əməkdaşlarının bildirdiyinə görə, saat 14:16-da yerdən havaya qalxan təyyarənin Makonakona saat 15:00-da çatması nəzərdə tutulub.
Təyyarədə neçə nəfərin olduğu hələ məlum olmasa da, təyyarənin qəzaya uğrama ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top