ABŞ-ın keçmiş vitse-prezidentinin evindən gizli sənədlər tapıldı


ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin evindən gizli sənədlər tapılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, məxfi kimi qeyd olunan sənədlər keçən həftə Pensin İndianadakı evində tapılıb. Söhbət konkret hansı sənədlərdən getdiyi göstərilmir, lakin sənədlərin artıq Federal Təhqiqatlar Bürosuna (FTB) təhvil verildiyi məlumdur.
Kağızların Pensin gizli sənədlərinin olmadığını dəfələrlə bildirməsindən sonra tapıldığı qeyd edilir.
Xatırladaq ki, Pens 2017-ci il yanvarın 20-dən 2021-ci il yanvarın 20-dək ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top