Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib
Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir. Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 563 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 137, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 940 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 423, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 706, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 208, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 128 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top