Müsavat Partiyasının üzvünün votsapı sındırıldı: "Operatorların rolu var"


Müsavat Partiyasının üzvü, ictimai fəal Əziz Məmiyevin votsap hesabına hücum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ə. Məmiyev sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, votsap hesabı naməlum şəxslər tərəfindən ələ keçirilib.
Ə. Məmiyev qeyd edib ki, hesabını ələ keçirənlər mobil operatordan təsdiq alandan sonra hesaba daxil olub.
İctimai fəal iddia edib ki, bu işdə mobil operatorların da rolu var.
"Heç kod da gəlmir. Gizlincə hesaba daxil olublar. Mənim hiss etdiyim sadəcə votsapın çıxış verməsidir. Ordan da dost-tanışı bloka atıblar. Camaat girib feysbukda yazır ki, məni niyə bloka atmısan?", - deyə o bildirib.
İctimai fəal Yeniavaz.com-a açıqlamasında bildirib ki, votsapda qeydiyyatda olduğu nömrə "Bakcell" mobil operatoruna məxsusdur.
Şirkətdən müvafiq sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top