Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Siyahı


2023-cü ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Yeniavaz.com
xəbər verir ki, sözügedən statistikanı Ədliyyə Nazirliyi təqdim edib.
Göstəricilərə əsasən, cari ildə ən çox qoyulan kişi adı Uğur olub - 36 nəfər. Bu dövrdə qızlara isə ən çox qoyulan ad Zeynəb olub. 29 nəfər qız körpəyə Zeynəb adı verilib.
Kişi adları arasında ən çox istifadə olunanlar Yusif (28), Əli (23), Ömər (22), Hüseyn (22), Adəm (17), Raul (16), Ayxan (16), Tuncay (14) və Murad (13) olub.
Həmçinin yeni doğulan 26 qız uşağına Mələk, 23 uşağa Ayla və Zəhra, 19 uşağa Aylin, 18 uşağa Nilay, 17 uşağa İnci, 16 uşağa Mədinə, 15 uşağa Məryəm və 14 uşağa Nuray adı verilib.

DİGƏR XƏBƏRLƏR

Top