Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər - Video


Son günlər şagirdlərə əl qaldırması ilə sosial şəbəkələrdə gündəm olan müəllim məsələ ilə bağlı danışıb.
Yeniavaz.com
xəbər verir ki, “Xəzər Xəbər”ə danışan 59 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edən Solmaz müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirib.
6C sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini dilə gətiriblər.
“Bütün valideynlərin, uşaqların adından müəllimdən üzr istəyirik. Bizim uşaqların yetkinlik dövrüdür, bilmədən dəcəllik, şıltaqlıq ediblər. Bilsəydilər müəllimin nüfuzu belə aşağı düşəcək bunu etməzdilər”.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top