Metropolitenin maşinisti iş başında öldü


Ötən gün “Bakı Metropoliteni” QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
Yeniavaz.com
xəbər verir ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
“Bakı Metropoliteni” QSC-dən hadisə ilə bağlı açıqlama yayıb:
“Maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır”.

DİGƏR XƏBƏRLƏR

Top