Gürcüstan-Azərbaycan sərhədində zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından 50 km şimal-şərqdə, Gürcüstan-Azərbaycan sərhədində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 11 kilometr dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.