Peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada 445 nəfər vaksinasiya olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 271, ikinci doza vaksinlərin sayı 54 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 91-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 939 902 olub.

DİGƏR XƏBƏRLƏR

Top