Paşinyan mühafizəçilərini niyə dəyişib? – Səbəb


2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistanın Baş naziri seçilən Nikol Paşinyan tez-tez ictimaiyyət qarşısına çıxsa da, 44 günlük müharibədən sonra nəinki ictimaiyyətlə əlaqəni kəsib, həm də çoxlu sayda polis və muhafizəçinin müşayiəti ilə gəzir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Bildirilir ki, Paşinyan müxtəlif məmurlarla yanaşı, təhlükəsizliyini təmin edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarını da dəyişir.
“Hraparak” yazır ki, 4 ay əvvəl Paşinyan bütün təhlükəsizlik işçilərini dəyişib. Bunun səbəbi isə Paşinyanla bağlı məlumatların mətbuata sızması olub.
 

DİGƏR XƏBƏRLƏR

Top