Azərbaycan XİN İsveçdə Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

"Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, - paylaşımda deyilir.

Qeyd edək ki, yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında keçirilən aksiya zamanı Qurani-Kərim yandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top