ABŞ “Vaqner”i “transmilli cinayətkar təşkilat” elan edəcək


“ABŞ Xəzinədarlığı yaxın vaxtlarda kremlyönlü iş adamı Yevgeni Priqojinin yaratdığı “Vaqner Qrupu” özəl hərbi şirkəti “transmilli cinayət təşkilatı” kimi təsnif edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirilən brifinqdə deyib.
O bildirib ki , gələn həftə qeyri-qanuni muzdlu təşkilatla əlaqəli olanlara qarşı əlavə sanksiyalar tətbiq olunacaq.
C. Kirbi deyib ki, Ukraynada 50 min “Vaqner” üzvü var, onlardan 40 mini məhkumdur.
“Rus sidyaşaya” hüquq müdafiə fondunun rəhbəri Olqa Romanovanın məlumatına görə, “Vaqner” ÖHŞ müharibəyə 40 min məhkum cəlb edib. Bu, Ukrayna Prezident ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyakın qiymətləndirməsinə yaxındır. O, ötən həftə bəyan edib ki, “Vaqner” koloniyalardan 38 min adam çıxarıb ki, onlardan 30 minini Ukrayna silahlı qüvvələri “qeydiyyatdan çıxarıb” (qətlə yetiriblər, yaralayıblar, əsir götürüblər).
Rusiya koloniyalarında rusiyalı məhkumların müharibəyə cəlb edilməsi barədə məlumat iyulun əvvəlində ictimaiyyətə məlum olub. Hüquq müdafiəçilərinin məlumatlarına görə, “Vaqner”in nümayəndələri və şəxsən Yevgeni Priqojin müxtəlif koloniyalara gəlib və məhkumlara 200 000 rubl əməkhaqqı və yarım ildən sonra əfv qarşılığında müharibəyə yollanmağı təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top