İsveçdə Türkiyə səfirliyi qarşısında Quran yandırıldı - Video


Ötən gün ifrat sağçı Danimarka-İsveç siyasətçisi Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı Quranı yandırıb. Paludanın bu hərəkəti zamanı İsveç polisi təhlükəsizlik tədbirləri görsə də, ona müdaxilə etməyib.
Yeniavaz.com
xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, bir çoxları üçün müqəddəs olan kitabları yandırmaq son dərəcə hörmətsizlikdir:
“İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq qanuni olan hər şey uyğun deyil. Çoxları üçün müqəddəs olan kitabları yandırmaq son dərəcə hörmətsizlikdir. Stokholmda baş verənlərdən narahat olan bütün müsəlmanlara rəğbətimi bildirirəm”.
Qeyd edək ki, Türkiyənin bəzi tələbləri yerinə yetirilmədiyi üçün Türkiyə və Macarıstan hələ də İsveç və Finladiyanın NATO üzvlüyünə yekun razılıq vermirlər.

DİGƏR XƏBƏRLƏR

Top