Qusardakı yanğında xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - TƏBİB


Qusar rayonunda yerləşən “Park Qusar” istirahət mərkəzində baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda deyilir. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Xəsarət alanların hamısı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilir.

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top