ABŞ-da insident - Ölən və yaralananlar var


ABŞ-ın Kaliforniya ştatında atışma olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BNO News” portalı məlumat yayıb.
Bildirilib ki, hadisə Los-Anceles yaxınlığındakı Montri Park şəhərində baş verib. İlkin məlumata görə, 10 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
Ərazidə “Çin Yeni ili” şənliklərinin keçirildiyi və asiyalıların hücuma məruz qaldıqları ərazidə bizneslə məşğul olduqları bildirilir.
İki şahid deyib ki, atışma atəşfəşanlıq zamanı baş verdiyi üçün əksəriyyət bir müddət insidentin fərqində olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top